Xəbər lenti

“İran savaşa qoşulmayacaq”- Ekspert
Dünya13:15 16.11.2023

“İran savaşa qoşulmayacaq”- Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İranın Fələstində baş verən toqquşmalarda açıq şəkildə iştirakı mümkün deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Rusiya XİN rəhbəri Lavrovun təxribat baş verməsə, İranın Qəzza bölgəsində savaşa qoşulmayacağı barədə fikirlərini şərh edərkən deyib.
Ekspert bildirib ki, Rusiya xarici işlər naziri Lavrovun verdiyi sözügedən bəyanatı yerində verilən açıqlamadır:
”Tehran və Beyrutun Fələstin-İsrail münaqişəsinə qarışmaq istəmədiyini düşünürəm. Hər nə qədər  münaqişənin bir tərəfi olsa da, İranın Fələstində baş verən toqquşmalarda açıq şəkildə iştirakı inandırıcı deyil. Burada iki məsələ, İranın siyasi və hərbi gücü məsələsi var. İran zatən, bu və ya digər şəkildə, bəzən daha güclü, bəzən də zəif dəstək verməklə, siyasi mənada münaqişənin bir tərəfidir. Amma burada bir şeyi unutmayaq ki, silahlı insident olacaqsa, İranın orada silahlı iştirakı mümkün deyil”.
Həmsöhbətimiz qeyd edib ki, buna heç ehtiyac da yoxdur:
"Çünki bölgədə Hizbullah, İslam Cihad qruplaşması var ki, açıq şəkildə İrandan dəstək alırlar. Tehranın onlara verdiyi dəstək də HƏMAS-a verdiyi dəstəkdən qat-qat çoxdur. Amma nədənsə bu məsələ müəyyən dərəcədə kölgədə qalır. Bunun da bəlli səbəbləri var. Çünki HƏMAS struktur və təşkilatlanma baxımından daha güclü qruplaşmadır. İranın burada iştirakı gözlənilmir. Münaqişə heç bir halda sərhədləri aşmayacaq. Bu baş versə belə, lokal olacaq. İsrailin özündə də heç də hamı münaqişəni dəstəkləmir. Hakim partiyanın özündə də hərbi əməliyyatlar əleyhinə çıxış edənlər var. Prosesin gedişində ikinci və ya üçüncü cəbhənin açılacağı inandırıcı deyil”. 
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Tehran və Beyrutun Fələstin-İsrail münaqişəsinə qarışmaq istəmədiyini deyib:
"Bu ölkələr Fələstinin tərəfində olsa belə, təxribatlar baş verməsə, münaqişədə iştirak etməyəcəklər”. 
Rüfət Sultan