
İran qonşu ölkələrlə sərhədlərini bağlaya bilər.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Əli Abdullahi bildirib ki, bu il iyunun 14-də keçiriləcək prezident və bələdiyyə seçkiləri ilə bağlı lazımı tədbirlər görülüb: “İndiyədək seçkilərlə bağlı heç bir problem olmayıb. İnşallah, seçkilərin keçiriləcəyi günədək də problem olmayacaq. Ölkə sərhədlərinə nəzarət üçün də lazımi tədbirlər görülüb. Əgər lazım gələrsə, seçkilər günü sərhədlər bağlana bilər”.
Qaynar.info