İran İslam Respublikasının lideri tərəfindən Metropol faciəsi qurbanlarına başsağlığı məktubunun qeyd edilməsi və hükumətin ölən və xəsarət çəkənlərə laqeyd davranışı ictimaiyyətin qəzəbini ikiqat artırıb.
Qaynarinfo bu barədə "Indipendent” qəzetinin fars bölümünə istinadən xəbər
verir.
Məlumata görə, dünən bazar günu Xuzistan əyalətinin bir neçə şəhərində Metropol binasının uçması nəticəsində qurban gedənlərin matəm mərasimi və onunla yanaşı xalq etirazları keçirilib, polis gözyaşardıcı qaz istifadəsindən əlavə etirazçılara atəş açıb.
Bu arada Xuzistanın minlərlə ərəb tayfasının Abadan şəhərinə gəlişi, həlak olanların və etirazlarda qanı axıdılanların intiqam tələbi vəziyyəti dahada mürəkkəbləşdirib.
Qeyd edildiyi kimi, dünən yenidən, Abadan şəhərindən başqa Xuzistanın digər ərəb şəhələri, o cümlədən Minuşəhr, Şadiqan, Əhvaz, Fəlahiyyə, Susənqerd və Həmidiyyə şəhərlərində geniş aksıyalar baş tutub. Məlumatlara asasən, təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb və bir neçə insan öldürülüb, bir neçəsi yaralanıb.
M.Arif