Xəbər lenti

İran Tehranda Putinin yolunu gözləyir - Moskvadakı səfir
Dünya06:26 16.05.2022

İran Tehranda Putinin yolunu gözləyir - Moskvadakı səfir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Rusiya prezidenti Vladimir Putinin Tehrana cavab səfərini gözləyir. 
Qaynarinfo xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində İranın Moskvadakı səfiri Kazım Cəlali deyib.
"Biz Rusiya Federasiyasının prezidenti cənab Putini lazımi vaxtda Tehranda qəbul etməyə hazırıq. Biz həmçinin Astana formatlı ölkələrin başçılarının Tehranda sammitinin keçirilməsində maraqlıyıq", - səfir bildirib.
O, İran prezidenti İbrahim Rəisinin bu il yanvarın 19-20-də Moskvaya səfərinin iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi olduğunu vurğulayıb.
Onun sözlərinə görə, son bir neçə ayda iki ölkə prezidentlərinin razılaşmalarının həyata keçirilməsi məqsədilə müxtəlif sahələri təmsil edən çoxsaylı nümayəndə heyətlərinin səfərləri baş tutub.
Alpər