
ABŞ prezidenti Donald Trampın İranın raket proqramını tənqid edən açıqlamalarına rəsmi Tehran özünəməxsus şəkildə cavab verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ötən günlərdə keçirilən hərbi paradda təqdim edilən "Khoramshahr" adlı raket sınaqdan keçirilib. Raket 2000 km mənzilə sahibdir və bir neçə başlıq daşıyabilmə qabiliyyəti var.
Qeyd edək ki, Tramp 19 sentyabrda BMT-dəki çıxışında İranın raket proqramını tənqid etmiş, ölkəni 2015-ci ildə imzalanan nüvə sazişinə əməl etməməkdə günahlandırmışdı. İran prezidenti Həsən Ruhani isə açıqlamaya cavab verərək ölkəsinin sınaqları davam etditəcəyini, İranın müdafiəsi üçün heç kimdən icazə almayacaqlarını deyib.
Gülşən
Qaynarinfo.Az