Xəbər lenti

İran uranı hərbi dərəcəyədək zənginləşdirdi: ABŞ nə edəcək? (ŞƏRH)
Siyasət11:35 05.01.2021

İran uranı hərbi dərəcəyədək zənginləşdirdi: ABŞ nə edəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Amerika hərbi tonunu saxlamağa davam edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Mehdiyev İranın uranı hərbi dərəcəyədək zənginləşdirdiyi ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. Politoloqun fikrincə, İran Amerikaya mesaj verib:
 
"Demək istəyir ki, "məni vurmağa çalışma, mən səni vura bilərəm. Mənim nüvə silahım var və həm də onu düzəldə bilərəm". ABS bir hərbi hava gəmisini körfəzdən çıxarmadı, orada saxladı".
Fərhad Mehdiyev vurğulayıb ki, Amerika boş dayanmayacaq, kəşfiyyat bunu araşdırmağa çalışacaq:
"Bilmək istəyəcək ki, İranın dedikləri həqiqətdir ya yox. Adətən başqa ölkələrdən belə bir bəyanat veriləndə yeraltı hərbi sınaq keçirirlər, birini partladırlar. Başqa ölkələr anlayır ki, həqiqətən də həmin silah var. İran bunu eləməyib. Amma deyir ki, "mənim uranım var". Amerika isə bunu araşdıracaq və İsraillə eyni siyasət yürüdəcək. İngiltərə də ona dəstək verəcək. Amma əsas sual budur - hərbu müdaxilə edəcəkmi? Bu barədə danışmaq çətinidr".
Xatırladaq ki, İran Atom Enerjisi Təşkilatının rəsmisi Behruz Kamalvandi Fordovdakı nüvə təsisində iranlı alimlərin uranı yüzdə 20-ə qədər zənginləşdirməyi bacardıqlarını söyləyib. 
Onun sözlərinə görə, iyirmi faiz zənginləşdirmə yerli vaxtla təxminən 19.00-da əldə edilib. Uran zənginləşdirmə səviyyəsinin yüzdə 20-dən yuxarı olması hərbi dərəcə sayılır. 
Bahar Rüstəmli