Xəbər lenti

İran və Ermənistan arasında gediş-gəliş artıb
Dünya07:23 20.09.2016

İran və Ermənistan arasında gediş-gəliş artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran xarici işlər naziri Abdulriza Fəzli və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Nyu-Yorkda görüşüblər. 

Qaynarinfo.Az erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında “mehriban qonşuluq münasibətlərinin” gələcək inkişafı müzakirə olunub. 

Tərəflər İran və Ermənistan polis qurumlarının qarşılıqlı fəaliyyətinin effektivliyini artırmaq haqqında danışıblar. 

Nalbandyan və Fəzli iki ölkə arasında viza rejiminin aradan qaldırılmasından sonra ölkələr arası gediş-gəlişin artdığını qeyd ediblər. 

Qızılgül

Qaynarinfo.Az