Xəbər lenti

İran və Rusiya öz aralarında dollar və avronu ticarət mübadiləsindən çıxarır
Dünya09:22 09.07.2022

İran və Rusiya öz aralarında dollar və avronu ticarət mübadiləsindən çıxarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi Rusiya Mərkəzi Bankının rəhbəri və bəzi digər Rusiya rəsmiləri ilə danışıqlardan sonra dollar və avronun iki ölkə arasında ticarətdən çıxarılmasının mümkünlüyünü açıqlayıb.
Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər verir.
İran Mərkəzi Bankının baş direktoru Rusiya Mərkəzi Bankının baş direktoru və Rusiya baş nazirinin müavini Aleksandr Novak ilə danışıqlardan sonra deyib ki, milli valyutalardan istifadə Rusiyanın yüksək rütbəli iqtisadi rəsmiləri ilə məsləhətləşmələrin vacib istiqamətlərindən biridir və tezliklə əldə olunan anlaşmaların həyata keçirilməsinin şahidi olacağıq.
Qeyd edilir ki, Putin Rusiya iqtisadiyyatını sanksiyalardan qorumaq üçün əlindən gələni edir. Bundan əvvəl o, ölkənin qaz ixracı üçün dollar və avronun rublla əvəzlənməsini nəzərdə tutan proqram elan etmişdi. Lakin bir çox ölkələr Rusiyanın belə bir qərarını maliyyə və kommersiya müqavilələrinin pozulması kimi qiymətləndirib.
M.Arif