İranın Milli Neft Şirkəti ilə Rusiyanın Qazprom şirkəti arasında 40 milyard dollarlıq İran-Rusiya müqaviləsi imzalanıb.
Qaynarinfo bu barədə İranın "Eghtesadnews" saytına istinadən xəbər
verir.
İran Milli Neft Şirkətinin baş direktoru neft sənayesində ən böyük xarici sərmayənin imzalandığını elan edərək deyib:
"Bu gün İran Milli Neft Şirkəti ilə Rusiyanın Qazprom şirkəti arasında imzalanan memorandumun dəyəri təxminən 40 milyard dollardır”.
Məlumata görə, Mohsen Xocəste Mehr bu gün jurnalistlərə bildirib ki, ölkənin iqtisadi inkişafı neft və qaz yataqlarının işlənməsi üçün investisiya tələb edir. Belə ki, səkkiz illik plana əsasən, neft və qaz yataqlarının işlənməsinə 160 milyard dollar xərclənərək, neft və qaz yataqlarında neft hasilat gücü sutkada 5,7 milyon barelə, qaz isə sutkada 1,5 milyard kubmetrə çatacaq.
O əlavə edib: ”Bu gün əsas istiqaməti və yanaşması ölkənin iqtisadi yüksəlişinin reallaşdırılması olan 13-cü hökumətdə biz yataqlara investisiya qoyuluşunu prioritetləşdirmişik və 13-cü hökumət bu sektorda mühüm və əhəmiyyətli irəliləyişlər edib”.
M.Arif