İran və Rusiya Bəsra körfəzi və Hörmüz boğazında ortaq hərbi təlim təşkil edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə İran Dəniz Qüvvələri komandiri Hüseyn Xanzadi məlumat verib. H.Xanzadi Rusiyaya səfər edib və iki ölkə hərbi əməkdaşlıq çərçivəsində təlimlərin keçirilməsi barədə razılıq əldə edib.
Hərbi-dəniz təlimləri bu ilin sonuna qədər keçiriləcək.
Gülşən