Xəbər lenti

İran vurulan “Boeing”in "qara qutusu"yla bağlı qərarını dəyişməyə məcbur oldu
Dünya16:28 11.01.2020

İran vurulan “Boeing”in "qara qutusu"yla bağlı qərarını dəyişməyə məcbur oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran İran Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən Tehran üzərindən vurulan Boeing 737-nin "qara qutu”sunu şifrəsinin açılması üçün Fransız laboratoriyasına təhvil verəcək. 
Qaynarinfo xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının hadisələrin araşdırılması şöbəsinin müdiri Həsən Rezayefar bu gün İRNA agentliyinə bildirib.
Rezayefar bildirib ki, "qara qutu" Fransaya İranın qara qutudakı məlumatları deşifrə etmək üçün müasir avadanlığının olmadığına görə göndəriləcək. İslam Respublikası Kanada, ABŞ və Fransaya müvafiq avadanlıqla təmin olunması üçün sorğu göndərsə də, bu tələb təmin edilməyıb.
Qeyd edək ki, bu gün, yanvarın 11-də İranın Xarici İşlər naziri Cavad Zərif İranın səhvən Ukrayna təyyarəsini vurduğunu bəyan edib. Məlum olub ki, İran ordusu Ukraynanın Boeing-737 təyyarəsini düşmən təyyarəsi zənn edərək hədəfə alıb.
Alpər
<iframe class="iz-player" src="https://iz.ru/video/embed/963091" width="560" height="315" frameborder="0" allowfullscreen="">