İran Xarici İşlər Nazirliyi nazir Məhəmməd Cavad Zərifin öldürülən general Qasım Süleymanidən bəhs edən söhbətinin yayımlanmasını qanunsuz adlandırıb.
Qaynarinfo xəbər verir ki, diplomatik xidmət söhbətin KİV üçün nəzərdə tutulmadığını, şəxsi söhbət olduğunu bildirib.
Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib ki, nazirin sözlərinə kontekstdən çıxarmadan baxmaq lazımdır.
Söhbət bir müddət əvvəl "The Guardian”ın Səudiyyə Ərəbistanına məxsus "İran İnternational”a istinadən yaydığı söhbətdə yer alan bir parçadan gedir. Söhbətdə nazir öldürülən general Qasım Süleymaninin ölkə diplomatiyasındakı hakim mövqeyini tənqid edib. Söhbətdə hərbçilərin Moskvaya səfəri, nüvə anlaşması, Suriyadakı münaqişə və Bəşər Əsədə dəstəyi müzakirə edilib.
Xatırladaq ki, Qasım Süleymani İslam İnqilabı Keşikçiləri Korpusunun elit İran əl-Qüds birliyinin komandiri olub. O, 3 yanvar 2020-ci il tarixdə ABŞ silahlı qüvvələrinin Bağdad hava limanı yaxınlığında keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.
Alpər