İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranda Britaniya kəşfiyyatı ilə əlaqədə olmaqda və hökumət əleyhinə nümayişlərə rəhbərlik etməkdə şübhəli bilinən yeddi nəfərin həbs edildiyini bildirib.
Qaynarinfo bu barədə Reuters-ə istinadla xəbər
verir.
İnqilab Keşikçiləri Korpusunun mətbuat xidmətinin məlumatına görə, "Böyük Britaniya ilə əlaqəli son etirazların yeddi əsas lideri” saxlanılıb. Onların arasında "ölkəni tərk etməyə cəhd edən ikili vətəndaşlığı olan şəxslər”in də olduğu qeyd edilir.
İnqilab Keşikçiləri Korpusunun bəyanatında iddia edilir ki, həbs edilənlər Böyük Britaniyadan olan agentlərin "rəhbərlik etdiyi” "Zaqros” mütəşəkkil qrupunun üzvləridir.
Qrupun İranda son iğtişaşlar zamanı "təxribat fəaliyyətləri” həyata keçirdiyi bildirilir.
Alpər