Xəbər lenti

İran yeni "Mohajer-10" PUA-sını təqdim etdi
Dünya11:08 22.08.2023

İran yeni "Mohajer-10" PUA-sını təqdim etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran prezidenti İbrahim Rəisi ölkənin müdafiə sənayesinin ən son nailiyyətləri sərgisində "Mohajer-10" pilotsuz uçuş aparatını təqdim edib. PUA 2000 km uçuş məsafəsi ilə 7 km hündürlükdə davamlı olaraq uçmaq qabiliyyətinə malikdir.
Bu barədə Qaynarinfo "İsna”ya istinadən xəbər yazır.
"Mohajer-10"un maksimal yanacaq ehtiyatı 450 litr, maksimum yük çəkisi 300 kq, sürəti isə 210 km/saatdır. PUA radioelektron mübarizə, kəşfiyyat sistemləri ilə təchiz olunub və müxtəlif növ sursatları, o cümlədən "Ghaem" və "Almas" bombalarını daşıya bilir.
"ArabNews" qeyd edir ki, "Mohajer"10-un faydalı yükü "Mohajer-6"dan iki dəfə çoxdur.
Nizami Bağırov