Xəbər lenti

İran yeni qırıcı təyyarə istehsal edir
Dünya16:12 21.08.2013

İran yeni qırıcı təyyarə istehsal edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Hazırda İran yeni qırıcı təyyarəsi istehsal edir”. 

APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İran Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor, pilot Əziz Nəsirzadə açıqlama verib. Onun sözlərinə görə, yeni qırıcı təyyarə ən müasir texnologiyalarla təchiz edilib: “Təyyarə yerli mütəxəssislər tərəfindən hazırlanır. Bundan sonra İran hərbi təchizat baxımından özünü təmin edəcək. Bu təyyarələrin istehsalı İranı xüsusilə hərbi təhsil baxımında xaricdən asılılıqdan qurtaracaq”.

Ə. Nəsirzadə həmçinin “Hava-Hava” və “Hava-Yer” tipli yeni raketlərin istehsalının davam etdiyini, bəzi raketlərin müvəffəqiyyətlə sınaqdan keçirildiyini və bəzilərinin sınaq işlərinin il sonunadək tamamlanacağını vurğulayıb.

Qaynar.info