Xəbər lenti

İran yeni raketini sınaqdan keçirdi
Dünya19:43 13.04.2013

İran yeni raketini sınaqdan keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran üç yeni raketini sınaqdan keçirib.

APA-nın məlumatına görə, bu barədə İran Quru Qoşunlarının komandan müavini, general-mayor Kiyumərs Heydəri açıqlama verilib. Onun sözlərinə görə, “yer-yer” tipli raketlər tamamilə İran istehsalıdır: “Müvəffəqiyyətlə sınaqdan keçirilən bu raketlər “Naziat-10” və “Fəcr” raketlərindən tamamilə fərqlənir”. İranlı general yeni raketlərin adları və xüsusiyyətləri barədə açıqlama verməyib. K. Heydəri həmçinin deyib ki, aprelin 18-da İran Silahlı Qüvvələri Günü münasibətilə keçiriləcək hərbi paradda yeni zirehli maşınların təqdim olunacağını da vurğulayıb.

Qaynar.info