İran Atom Təşkilatının sözçüsü ölkənin qabaqcıl 500 sentifuqasına uran heksaftorid qazının vurulduğunu açıqlayıb.
Qaynarinfo bu barədə DW-nin fars bölməsinə istinadən xəbər
verir.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bazar ertəsi gecə ölkənin dövlət televiziyasına verdiyi müsahibədə uran heksaflorid qazının 500 qabaqcıl IR6 sentrifuqasına vurulduğunu və bu işin "minimum 190.000 "sou" (uran zənginləşmə vahidi) zənginləşdirmə səviyyəsinə çatmağa uyğun olduğunu söyləyib.
O əlavə edib ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumatlandırılıb, "digər maşınlar da prosesdədir”. Onun sözlərinə görə, "agentliyə lazımi məlumatlar verilib”.
Beynəlxalq Atom Enerjisi Agentliyi, ABŞ, Böyük Britaniya və Fransa İrandan təcili olaraq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməyi tələb etdiyi bir vaxtda bu xəbər İran tərəfindən yayımlanır.
Qeyd edilir ki, Agentlik uzun müddətdir İran hökumətinin açıqlanmamış nüvə materialları və fəaliyyətləri ilə bağlı həll olunmamış məsələlərlə bağlı İranın cavabını gözləyir.
Aydın