Xəbər lenti

İrana 8 amputasiya əmrinin icrasını dayandırması üçün çağırış edildi
Dünya08:50 11.06.2022

İrana 8 amputasiya əmrinin icrasını dayandırması üçün çağırış edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Amnistiya Təşkilatı iyunun 10-da cümə günü beynəlxalq ictimaiyyəti İranda işgəncə altında oğurluq etmələri ilə bağlı "etirafları alınan” ən azı 8 nəfərin barmaqlarının kəsilməsinin qarşısını almaq üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə çağırıb.
Qaynarinfo bu barədə "amnesty.org" saytına istinadən xəbər verir.
"Amnesty” təşkilatının əldə etdiyi məlumata görə, İran rəsmiləri 8 məhbusa cəzalarını çəkmək üçün onları yaxın günlərdə kəsmə cihazı ilə təchiz edilmiş həbsxanıya köçürüləcəklərini bildiriblər.
Təşkilatın bəyanatında deyilir: "Məhkumlar üçün amputasiya işgəncənin bir növüdür və bu cür iyrənc cəzaların icrası ədalət deyil - bu, insan ləyaqətinə qəsddir”.
Təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Diana əl-Tahavi deyib: "İran hakimiyyəti bu səkkiz nəfərin məhkumluğu və amputasiyasını dərhal ləğv etməli və onlara cismani cəza tətbiq etmədən ədalətli cəza verməlidir”.
Əl-Tahavi beynəlxalq ictimaiyyəti bu hökmlərin icrasının qarşısını almaq üçün dərhal müdaxilə etməyə çağırıb: "Onlar həmçinin İran hakimiyyətindən fiziki cəzanın bütün növlərini ləğv etməyi xahiş etməlidirlər”. 
 Vurğulanır ki, İran İslam Respublikası yarandığı ilk vaxtlarda (təxminən 40 il bundan avvəl) bir sıra siyasi partiya və təşkilatların geniş etirazına baxmayaraq, ölkənin cinayət məcəlləsinə "hüdud və qisas" təsbitini daxil edib.
Qeyd edilir ki, bu il İran həbsxanalarında azı 3 amputasiya hadisəsi baş verib və son aylarda Tehrandakı Evin həbsxanası, həmçinin Urmiyə və Əhvaz həbsxanası kimi bir neçə İran həbsxanasında gilyotin kimi cihazlar quraşdırılıb. Hazırda bu həbsxanalarda 8 məhbusun əllərinin və ya barmaqlarının kəsilməsinin icrası gözlənilir.
M.Arif