İsrailin sabiq energetika və insrastruktur naziri Qonen Seqev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo Jerusalem Post-a istinadən xəbər verir ki, sabiq nazir vəzifədə olduğu 1995-1996-cı illərdə ölkə təhlükəsizliyinə zərbə vuracaq məlumatları İranla paylaşıb.
Qonen Seqev İrana casusluq etmək, İsrailin energetika, təhlükəsizlik, hərbi və siyasi informasiyalarını İranla paylaşmaqda ittiham edilir.
Gülşən