BMT-nin Uşaq Hüquqları Komitəsi İran hakimiyyətinə aksiyalar zamanı uşaqlara qarşı zorakılıq, həbs və ölüm hallarına son qoyulmasını tələb edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Komitənin yaydığı bəyatanda bildirilir.
İranda 22 yaşlı Məhsa Əminin polis bölməsində ölməsindən sonra etiraz aksiyaları başlayıb. Məhsa Əmin sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanılıb. Üç gün sonra isə dünyasını dəyişib. İranlı fəallar Əminin öldürülüdüyünü iddia edir. Hakimiyyət isə iddiaların əsassız olduğunu söyləyir. Buna baxmayaraq, sentyabrın 16-dan İranda Əminin ölümünə etiraz olaraq aksiyalar keçirilir. Aksiyalar demək olar ki, İranın bütün bölgələrini əhatə edib.
İnsanların etirazlarını xarici qüvvələrin işi hesab edən İran hakimiyyəti aksiyaların qarşısını zorakılıqla almağa çalışır. Bu günə qədər yüzlərlə aksiya iştirakçısı həbs edilib, 200 nəfər yaxın şəxs öldürülüb, minlərlə etirazçı isə ağıl xəsarət alıb.
BMT-nin Uşaq Hüquqları Komitəsinin bəyanatında qeyd olunur ki, aksiyalar zamanı ən azı 23 uşaq hökumət qüvvələri tərəfindən öldürülüb. Onlardan birinin 11 yaşı var. Yüzlərlə uşaq isə yaralanıb və həbs edilib.
Komitə həmçinin bəyan edib ki, İranın təhlükəsizlik qüvvələri öldürülən uşaqların ailələrinə təzyiq edir. Onlar həqiqəti gizlətməyə məcbur olunur.
Nika Şakrami və Sarina Esmailzadə İranda son etirazlar zamanı 18 yaşına çatmamış öldürülən ən məşhur şəxslərdir.
BMT-nin Uşaq Hüquqları Komitəsinin bu bəyanatı ilə eyni vaxtda 40-dan çox insan haqları təşkilatı İranda etirazçıların "dəhşətli və ölümcül” şəkildə yatırılmasını pisləyib.
Seyid