İranda casusluqda ittiham edilən 3 nəfərə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, İran vətəndaşları Ares Əmiri, Əli Cövhəri, İran və İngiltərə vətəndaşı Anuşə Aşuri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Həmin şəxslər İngiltərə və İsrail üçün casusluq etməkdə günahkar biliniblər. Aşurinin Mossadla əlaqəsi olub və təşkilatı məlumatla təmin edib.
A.Əmiri mədəniyyət, Ə.Cövhəri isə abadlıq işləri adı altında xarici ölkələrə informasiya ötürüb.
Gülşən