İranda 4 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar təcavüzdə günahlandırılaraq dara çəkiliblər.
Yəzddə edam olunanlardan 3 nəfəri qadındır. Onların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 24-də səhər saatlarında Kirman şəhərinin həbsxanasında icra edilib.