
İranda 700 jurnalistə kimə aid olduğu bilinməyən 4 nömrədən təhdid məzmunlu mesajlar gəlib.
Axar.az xəbər verir ki, bu barədə İranın “Zeytoons” saytı məlumat yayıb.
Məlumata görə, göndərilən mesajlar “Xarici düşmən ünsürlərlə əlaqənizi kəsin” qeydi ilə başlanır:
Son xəbərdarlıq olduğu bildirilən ismarıclarda: “Düşmən ünsürlərlə əlaqənizi kəsin. E-mail, müxtəlif sosial şəbəkələr vasitəsilə belə insanlarla əlaqə yaratmaq cinayət sayılır. Bu mesaj son təhlükəsizlik xəbərdarlığıdır”.
Qeyd edək ki, hadisədən sonra bəzi jurnalistlər Ədliyyə Nazirliyinə məsələ ilə bağlı şikayət ediblər.
Qaynarinfo.az