Xəbər lenti

İranda aksiya iştirakçıları necə nəzarətə götürülür?
Dünya14:07 28.10.2022

İranda aksiya iştirakçıları necə nəzarətə götürülür?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran hakimiyyəti "SİAM” adlı proqram vasitəsilə insanların internet danışıqlarını izləyir. 
Qaynarinfo xəbər verir ki, bu barədə "İntercept” onlayn nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, "SİAM”ın mövcudluğu İrandakı mənbələrin məlumatları əsasında üzə çıxıb. İran hakimiyyəti xüsusilə, aksiyalar zamanı bu proqramdan istifadə etməklə etirazçıların fəaliyyətini nəzarətdə saxlayır.
Məlumatda həmçinin qeyd edilir ki, "SİAM” həm də rabitənin uzaqdan manipulyasiya etmək üçün bir sistemdir. Bildirilir ki, İranda internetə məhdudiyyətlərin bir hissəsi məhz bu proqram vasitəsilə həyata keçirilir.
Bu sistem kimin kiminlə, nə vaxt və harada danışdığı barədə ətraflı məlumat verməklə internetə çıxışın sürətini kəskin şəkildə azalda, telefon zənglərinin şifrələnməsini poza, ayrı-ayrı şəxslərin və ya böyük qrupların hərəkətlərini izləyə bilər.
Seyid