Xəbər lenti

İranda aksiya iştirakçılarını saxta polislər güllələyir? - İranlı generaldan iddia
Dünya09:59 12.10.2022

İranda aksiya iştirakçılarını saxta polislər güllələyir? - İranlı generaldan iddia

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Nizam Qüvvələrinin komandanı, general-mayor Hüseyn Əştəri 22 yaşlı Məhsa Əminin ölümü ilə bağlı aksiyalarda zorakılıq edən və etirazçılara atəş açanların saxta polislər olduğunu iddia edib. 
Qaynarinfo xəbər verir ki, İran "Mehr” agentliyinin yaydığı müsahibədə Hüseyn Əştəri müəyyən qüvvələrin polis geyimində aksiyalara müdaxilə edərək situasiyanı gərginləşdirmək üçün zorakı davranışlara yol verdiklərini deyib. 
Hüseyn Əştəri həmçinin iddia edib ki, askiya zamanı baş verən ölüm hallarında da polisin günahı yoxdur. 
Onun sözlərinə görə, saxta polislərin bəziləri həbs edilib. Onların üzərində odlu silah aşkarlanıb.
İran parlamentinin deputatı Şakuri Rad isə bildirib ki, bəzi hallarda xüsusi qruplar aksiyalara qatılaraq kəskin şüarlar səsləndirir, qadınların başından hicablarını çıxarır: "Onlar Quranı, məscidi yandırır, təsadüfən öldürüləndə isə şəhid kimi dəfn edirlirlər”.
Hüseyn Əştərinin iddialarına rəğmən Tehranda fəaliyyət göstərən Şərif Texnologiya Universitetinə polis və xüsusi xidmət qüvvələrinin basqını barədə faktlar var. İran mənbələri yazır ki, onlar qəfildən universitetə hücum edərək tələbələri dəyənəklə vurmağa başlayıblar. Bəzi tələbələrə hətta odlu silahdan atəş də açılıb. Məlumata görə, polis və xüsusi xidmət qüvvələri xeyli sayda tələbəni naməlum istiqamətə aparıblar.
Sentyabrın 13-də 22 yaşlı Məhsa Əmininin polis bölməsində ölməsi İranda etirazlara səbəb olub. Bir aya yaxındır ki, davam aksiyalarda 185 nəfərin öldüyü bildirilir. İran hakimiyyəti hüquq-mühafizə orqanlarını səfərbər etməsinə baxmayaraq aksiyaların qarşısını ala bilmir. 
Əhməd