Xəbər lenti

İranda aksiyalarda 16 yaşlı qız öldürüldü - Hökumət olayın intihar olduğunu iddia edir
Dünya14:21 20.10.2022

İranda aksiyalarda 16 yaşlı qız öldürüldü - Hökumət olayın intihar olduğunu iddia edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda 22 yaşlı Məhsa Əminin ölümünə etiraz olaraq keçirilən aksiyalarda öldürülən Sarina İsmayılzadənin ailə üzvlərinə təzyiq edilir. 
Qaynarinfo xəbər verir ki, Sarina İsmayılzadə Kərəc şəhərinin Fərzənginin məktəbinin şagirdi olub. 16 yaşlı Sarinanın "YouTube” kanalındakı paylaşımlarına diqqət etdikdə onun aksiyaları dəstəklədiyi aydın olur. Məlumata görə, 16 yaşlı qızc Kərəcdəki aksiyalar zamanı öldürülüb. 
"Radio Farda” xəbər verir ki, Sarina İsmayılzadənin ölümü ilə bağlı rəsmi açıqlamalrda onun intihar etdiyi bildirilir. Guya o, özünün nənəsinin yaşadığı evin damından ataraq intihar edib. Sarinanın anası da qızının intihar etdiyini bildirib. Onun aksiyalarda iştirak etmədiyini və "ağıllı qız” olduğunu deyən anası əlavə edib ki, qızı hansısa həblər qəbul edərək intihar edib. 
Sarinanın anasının dedikləri ilə rəsmi açılamalar arasındakı ziddiyyətlər onun öldürüldüyünə şübhələri artırır. 
İranlı mənbələr qızın anasının həqiqəti inkar etməsini təhlükəsizlik qüvvələrinin təzyiqi ilə əlaqələndirilər. 
Yeri gəlmişkən, Sarinanın nəşini ailəsinə təhlükəsizlik qüvvələri təhvil verib. Anası qızının üzünü yalnız dəfn zamanı görüb. 
İarnlı fəallar deyir ki, Sarinanın dəfn günü onun nənəsinin evində təhlükəsizlik qüvvələrinin əməkdaşları görünüb. 
Bir neçə gün əvvəl BMT-nin Uşaq Hüquqları Komitəsinin yaydığı bəyanatda bildirilirdi ki, İrandakı aksiyalar zamanı ən azı 23 uşaq öldürülüb. 
Seyid