Müxalif "Amad News” xəbər portalının rəhbəri Ruhullah Zam İranda edam edilib.
Qaynarinfo bu barədə "Mehr News” istinadla xəbər verir.
Məlumata görə, hökm asılaraq icra edilib. Zama xarici kəşfiyyat xidmətləri ilə əlaqədə günahlandırılıb və məhkəmə onu edam cəzasına məhkum edib.
Bu arada Zamın 2017-2018-ci illərdə İrandakı etiraz aksiyalarının ilhamvericilərindən biri olduğu məlumdur. İran səlahiyyətlilərinə görə, onun hərəkətləri ABŞ, Fransa və İranın kəşfiyyat qurumları tərəfindən idarə edilib.
Məlumata görə, Zam Parisdə yaşayıb. Harada saxlanıldığı müəmmalı qalır.
Alpər