Xəbər lenti

İranda ard-arda iki partlayış: ölkəyə hücum olub?
Dünya06:29 26.06.2020

İranda ard-arda iki partlayış: ölkəyə hücum olub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tehranda Müdafiə Nazirliyinin yaxınlığında yerləşən bir qaz anbarında partlayış baş verib.
Qaynarinfo Tasnim-ə istinadən xəbər veri ki, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Partlayışla əlaqədar araşdırmalara başlanılıb.
Digər tərəfdə həmin saatlarda İranın Fars əyalətinin Şiraz şəhərində əsas elektrik dirəklərində baş vermiş partlayış səbəbindən şəhərin yarısının qaranlığa qərq olduğu bildirilib.
İranın iki fərqli yerində meydana gələn partlayışlar sosial şəbəkədə ölkəyə hücum olduğuna dair narahatlıqlara yol açıb.
Camal