İran Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Möctaba Xaledi Axır çərşənbə bayramı – Çərşanbə Suri zamanı azı 9 nəfərin öldüyünü və 1894 nəfərin yaralandığını bildirib.
Qaynarinfo xəbər verir ki, faciə 17 mart gecəsi baş verib. Eyni zamanda, Xaledi 2020-ci ildə də bayram zamanı 4 nəfərin öldüyünü və 1489 nəfərin yaralandığını xatırladıb.
Onun sözlərinə görə, 131 nəfər müxtəlif bədən üzvlərini itirib, 527 nəfər gözündən yaralanıb və bəziləri hətta görmə qabliyyətini itirib, 228 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb.
Qurbanların əksəriyyəti Tehran, Şərqi Azərbaycan və Kirmanşahda qeydə alınıb. Onların təxminən yarısı 46%-i 6-18 yaş arası şəxslər olub.
Qeyd edək ki, 2020-ci ildə İranda İlaxır Çərşənbə tədbirlərində 3 nəfər ölmüş, 1 403 nəfər yaralanmışdı.
Xatırladaq ki, Axır çərşənbə Yeni ildən əvvəl gələn son çərşənbədir. Həmin gün insanlar tonqallar yandırır, üstündən atılırlar. Son vaxtlar insanlar daha çox əyləndirmək üçün atəşə pirotexniki vasitələr atmağa başlayıblar ki, bu da çox vaxt faciəli nəticələrə səbəb olur.
Alpər