Xəbər lenti

İranda baş vermiş iğtişaşlarda ölənlərin sayı 12-yə çatıb (YENİLƏNİB)
Dünya13:08 01.01.2018

İranda baş vermiş iğtişaşlarda ölənlərin sayı 12-yə çatıb (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda etiraz aksiyalarında ölənlərin sayı 12-yə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" agentliyi İran Dövlət Televiziyasına istinadən məlumat yayıb.
Aksiyaçıların hansı şəraitdə öldüyü açıqlanmayıb.
**** 
Bazar gününə keçən gecə İranın cənub-qərbində yerləşən iki şəhərdə keçirilən etiraz aksiyaları zamanı azı 4 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Qaynarinfo report-a istinadən bildirir ki, bu barədə bazar ertəsi yerli hökumətə istinadən "Franc-Press" məlumat yayıb.
Bildirilir ki, Xuzestan əyalətinin İze şəhərində 2 nəfər güllələnib, bir neçə nəfər yaralanıb.
"İki nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Mən məhz kimin - asayiş keşikçilərinin, yaxud da nümayişçilərin atəş açdığını bilmirəm", - deyə yerli administrasiya nümayəndəsi bildirib.
Bundan əlavə, agentliyin məlumatına görə, daha iki nəfər Lurestan əyalətinin Dorud şəhərində ölüb. Orada etirazçılar yanğınsöndürən maşını ələ keçirərək təpədən aşağı itələyiblər.
"Avtomobil yaşlı kişi və yeniyetmənin üzərinə düşüb, hər ikisi ölüb", - deyə şəhər bələdiyyə rəhbəri bildirib.