Əmman Körfəzində İran hərbi gəmisində yanğın baş verib.
Qaynarinfo-nun Reuters agentliyinə istinadla verdiyi məlumata görə, gəmi təlim missiyasında olub.
Cask yanğınsöndürənləri gəmiyə enib və yanğını söndürməyə çalışırlar. Bütün heyət göyərtədən salamat çıxmağı bacarıb.
Yanğının səbəbi barədə hələ məlumat verilməyib.
Alpər