Xəbər lenti

İranda dəhşətli zəlzələ, bir kənd yerlə-yeksan oldu - YENİLƏNİB
Dünya16:49 09.04.2013

İranda dəhşətli zəlzələ, bir kənd yerlə-yeksan oldu - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

21:49

İranın Kaki şəhərində baş vermiş zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir. Agentliyin məlumatına görə, Buşəhr vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Kaki şəhərinin Bağan kəndi tamamilə dağılıb.

Buşəhr vilayətinin rəhbəri Firudin Həsənvənd bildriib ki, ötən iki saat yarım ərzində hər birinin gücü 4,2 bal olan 30-dan çox təkan baş verib. Zəlzələ nəticəsində Buşəhr vilayətində ümumilikdə 650 nəfər xəsarət alıb, onlardan 70-nin vəziyyəti ağırdır.

"Qonşu 4 vilayətdən xilasetmə qüvvələri cəlb olunub", - o deyib.

Bundan başqa, İran KİV-in məlumatına görə, zəlzələ nəticəsində dağın bir hissəsi parçalanaraq Şonbeh şəhərinə düşüb. Daha güclü dağıntıların da məhz bu şəhərdə olduğu bildirilir. ILNA agentliyinin məlumatına görə, Tasuc da zəlzələdən ən çox ziyan görən şəhərlərdəndir.

ISNA agentliyinin məlumatına görə, zəlzələdən zərər çəkmiş Buşəhr vilayətinə xilasedicilər göndərilib.

Birinci zəlzələnin gücü 6,1 bal təşkil edib. Bundan sonra 5 bal gücündə təkrar təkanlar qeydə alınıb.

"Buşəhr" AES-in layihə rəhbəri Mahmud Cəfəri bildirib ki, zəlzələ stansiyanın işinə heç bir təsir etməyib: "Belə ki, zəlzələ AES-dən 100 km-dən çox məsafədə baş verib, həmçinin stansiyanın 8 bal gücündə zəlzələyə davamlılığı var".

17:31

İranın Buşehr şəhərində Rixter şkalası ilə 6.3 bal gücündə zəlzələ baş verib. 

Qaynar.info-nun İran mətbuatına istinadən verdiyi məlumata görə, zəlzələ zamanı dağıntı və insan itkisinin olması ilə bağlı məlumat verilmir. 

ABŞ Geoloji Araşdırmalar İnstitutu zəlzələnin episentrinin Buşehr stansiyasının 100 kilometr cənub şərqində meydana gəldiyini deyib. 

Zəlzələ Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və Qətərdə də hiss olunub. 

Qeyd edək ki, Buşehr İranın yeni istifadəyə verilmiş nüvə stansiyasının yerləşdiyi şəhərdir. 

Qaynar.info