Xəbər lenti

İranda dolların bahalaşması telefon bazarını çökdürdü - "İphone"nun qiyməti 100 milyon tümənə çatdı
Dünya13:27 29.12.2022

İranda dolların bahalaşması telefon bazarını çökdürdü - "İphone"nun qiyməti 100 milyon tümənə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda dolların bahalaşması telefon bazarına ciddi təsir edib. 
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, dolların bahalaşması ilə "İphone"nun qiyməti 100 milyon tümənə (4061.31 manat) çatıb. 
Məlumatda deyilir ki, dolların bahalaşması bir çox telefon dükanlarının qapanmasına səbəb olub. 
Mobil telefon satışı ilə məşğul olanlar bildirir ki, dollar hər saat bahalaşır. Bu isə onların işinə sarsıdıcı zərbə vurub. "Dünənə qədər "İphone 12  Por Max"ın qiyməti 35 milyon tüməndən (1421.97 manat) 100 milyon tümənə çatıb. Bu halda heç bir müştəri mağazaya gəlmir. Ona görə də telefon bazarı demək olar ki, çöküb”, telefon satışı ilə məşğul olanlar deyirlər.
Ekspertlərin fikrincə, sosial-iqtisadi böhran keçirən, eyni zamanda narazılıqların pik həddə çatdığı İranda dolların sürətlə bahalaşması ölkədıki vəziyyəti daha da gərginləşdirə bilər. 
Almaniyada mühacir həyatı yaşayan iranlı hüquqşünas Nağı Mahmudi Qaynarinfo-ya bildirib ki, İran hakimiyyəti artıq idraəetməni itirib: 
"Məhsa Əminin ölümü ilə bağlı etiraz aksiyaların davam etdiyi bir vaxtda ölkədə sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi artıq rejimin nəzarət imkanlarının tükəndiyi, idarətetməni itirdiyini göstərir. Proses bu cür davam edəcəyi təqdirdə yaxın günlərdə İranda etiraz aksiyalarının yeni dalğası başlayacaq. Bu, artıq lokal aksiyalar olmayacaq. Çünki İranda insanların yaşayış səviyyəsi çox aşağıdır. Bunun bir səbəbi İrana tətbiq olunan sanksiyalarla əlaqəlidirsə, digər səbəbi ölkədəki korrupsiya, eyni zamanda ölkənin teokratik rejim tərəfindən yersiz münaqişələrə cəlb olunması, başqa ölkələrdə silahlı birləşmələrə maliyyə yardımlarının edilməsidir”.
Seyid