İyunun 19-da İranın müxtəlif şəhərlərində etirazçılar yenidən küçələrə çıxıb.
Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər
verir.
Bu gün sosial şəbəkələrdə Əhvaz, Rəşt, Ləngərud, Kirmanşah, Tehran, İsfahan, Şuş, Şüştər və Ərak şəhərlərində təqaüdçülərin, müəllimlərin, yük maşını sürücülərinin və ticarətçilərin aksiyalarından videolar yayımlanıb.
Son günlər bahalaşma və çoxsaylı iqtisadi problemlər, həmçinin 2022-ci ildə minimum əmək haqqı artımının inflyasiya səviyyəsinə uyğun gəlməməsi səbəbindən cəmiyyətin müxtəlif təbəqələri aksiyalar keçirir.
Ötən gün etiraz əlaməti olaraq qatarların sürətini azaldan Tehran metropoliteninin işçiləri ilə yanaşi avtobus sürücüləri də mayın tətilə çıxıblar.
Həmçinin son günlər müxtəlif şəhərlərdə müəllimlər də etiraz aksiyaları keçiriblər.
Dünəb və bu gün özəl sektor vergilərinin artması səbəbindən ticarətçilər də mağazalarınl bağlayaraq müxtəlif aksiyalar keçiriblər.
M.Arif