İranın bir çox şəhərlərində temperaturun artması və elektrik enerjisinin çatışmazlığı ilə əlaqədar bu il ölkənin bəzi əyalətlərində hökumət idarələrinin iş saatları dəyişib.
Qaynarinfo bu barədə ISNA İnformasiya Agentliyinə istinadən xəbər
verir.
Məlumata görə, iyunun 7-də hökumət qubernatorların iş saatlarını dəyişdirmək hüququna malik olduğunu və indiyə qədər ölkənin 10 əyalətində bu dəyişikliyin edildiyini bildirib.
Qeyd edilir ki, keçən il İranın elektrik enerjisi istehsalı məqsədlərinin yalnız 40 faizi əldə edilib və keçən il İranın istehsal gücünə cəmi 1200 meqavat əlavə edilib ki, bu da proqnozlaşdırılan hədəflərin 1/3-nə bərabərdir.
İran elektroenergetika sahəsinin nümayəndəsi deyir ki, bu il yay elektrik enerjisindən istifadəyə tələbatı 70 min meqavata çatacaq. Artım 4.46 faizi göstərir.
Beləliklə, yay mövsümündə yeni dəyişikliklərlə əlaqədar ofislərin iş vaxtı 6:30-dan 13:30-a qədər olacaq.
Dünən Tehran elektrik enerjisi şirkəti elan edib ki, bu gündən etibarən paytaxtda həddən artıq işiq istıhlaklı idarələrin elektrik enerjisi kəsiləcək.
M.Arif