Xəbər lenti

İranda erməni keşiş həbs edildi
Dünya06:27 22.05.2013

İranda erməni keşiş həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tehranın mərkəzində yerləşən erməni kilsəsinin keşişlərindən biri həbs edilib.

APA-nın məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Robert Asuriyanı mayın 20-da Tehran şəhərində saxlayaraq naməlum istiqamətə aparıblar.

Hazırda onun harada saxlanıldığı və nədə ittiham edildiyi məlum deyil.

Bundan başqa, ETTELAAT tərəfindən kilsədə hansısa mərasimin keçirilməsinə qadağa qoyulduğu bildirilir.

Qaynar.info