Dünya 10:20 07.07.2022

İranda ermənilərin real sayı: Hökumət statistikanı niyə şişirdir? (ARAŞDIRMA)

İranda ermənilərin sayı statistikada niyə şişirdilir, real rəqəm neçədir?

Qaynarınfo xəbər verir ki, İran xristianları iki əsas qrupa bölünür: assurlar və ermənilər.

"Adyan-İran" saytının məlumatına görə, İran xristianlarının ümumi sayının (həm assur, həm də erməni) təxminən 150.000-200.000 nəfər olduğu təxmin edilir. Məsələ ondadır ki, "Wikipedia"da İran ermənilərinin sayı 80-120.000 nəfər arasında göstərilir. Bu rəqəmlər nə qədər doğrudur?

İran xristianları, o cümlədən assur və ermənilər ölkənin bəzi əyalətlərində səpələnmiş halda yaşayırlar, lakin bu xristian qrupunun ən yüksək əhali sıxlığını Tehran, İsfahan, Rəşt, Kərəc, Urmu və Təbriz şəhərlərində görmək olar. 

Deyildiyi kimi, ermənilər İranda xristianların iki böyük qrupundan biridir. İslam Respublikasının rəsmi statistikasında ermənilərin sayının 70 min civarında olduğu bildirilir.

Bəzi İran erməniləri isə hesab edirlər ki, bu ölkədə yaşayan ermənilərin faktiki sayı 20-25 min nəfərdən çox deyil.

Görünən odur ki, hakimiyyətin ermənilərdən daha çox əhali təqdim etməkdə israrlı olmasının səbəbi parlamentdə erməni azlığının iki nümayəndəsinin olması və ermənilərin İranda təbliğat və beynəlxalq lobbiçilik fəaliyyətidir.

Bəzi statistik məlumatlara görə, İranda islam inqilabına qədər ermənilərin sayı 100 min civarında olub. Halbuki, inqilabdan sonrakı illər ərzində xeyli sayda erməni əsasən Ermənistana və ABŞ-a miqrasiya edib, buna baxmayaraq, İranda bu azlığın mövcud əhalisi demək olar, yaşlı əhalidir.

Doğum statistikalarına əsasən, erməni icmasının yaşının çoxluğuna görə, İran erməniləri arasında doğum səviyyəsi də ölkə üzrə orta göstəricidən aşağıdır. Digər tərəfdən İran dəfn bürosunun statistikalarına baxanda ölkədə xüsusi erməni qəbiristanlıqlarında dəfn edilən ermənilərin azlığı da İranda ermənilərin sayının nə qədər az olduğunu açıq-aşkar göstərir.

Bütün təfərrüatları ilə real baxsaq, indiki zamanda İran coğrafiyasında erməni əhalisinin sayının şişirtmələrdən uzaqlaşmaqla, ən optimist halda 50 min nəfərdən azdır.

Aydın