Xəbər lenti

İranda etirazlar paytaxt Tehrana çatdı (VİDEO)
Dünya08:13 29.05.2022

İranda etirazlar paytaxt Tehrana çatdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda "Metropoliya" binasının faciəvi süqutundan sonrakı etirazların beşinci günü ilk dəfə olaraq Tehranın cənubundakı Rey şəhərində baş verib. Həmçinin Tehranin mərkəzi kuçələrindən olan "Taatre Şəhr"də də etiraz aksiyası təşkil olunub.
Qaynarinfo bu barədə BBC-nin fars bölməsinə istinadən xəbər verir.
Bəzi sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, son beş gündə etirazlar səbəbindən internet müxtəlif yerlərdə kəsilib və yaxud məhdudlaşdırılıb.
Dünən Xuzustan vilayatindən başqa digər vilayət və şəhərlərdə də hökumətə qarşı etirazlar olub. O cümlədən Behbahan, Məşhəd, Yəzd və Qumda da etiraz mitinqləri baş tutub.
Dünənki etirazlarda İranın dini rəhbərinə qarşı istefa tələbi və sərt şuarlar səsləndirilib.
Etirazçılarla polisin sərt toqquşması, bəzən isə polis tərəfındən insanlara birbaşa atəş açılması barədə məlumatlar da yayılıb.
M.Arif