Xəbər lenti

İranda etirazlar qızışır, "Xamneiyə ölüm" şuarları səslənir (VİDEO)
Dünya06:43 27.05.2022

İranda etirazlar qızışır, "Xamneiyə ölüm" şuarları səslənir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın bir çox şəhərində, əsasən gecə saatlarında başlayən etirazlar genişlənir və şuarlar isə daha radikallaşır.
Qaynarinfo bu barədə BBC-nin fars bülməsinə istinadən xəbər verir.
Etirazçıların şüarları arasında İranın dini ali lideri Əli Xamneyiyə ölüm şüarları da səslənir. Etirazçılar onu bacarıqsızlıqda suçlayırlar.
Etirazlar keçən gecə əsasən Ababadan şəhərində baş verib, lakin onunla yanaşı, başqa şəhərlərdə, o cümlədən, Xürrəmşəhr, Şahin şəhr, İsfahan, Behbahan və Bəndər Abbas şəhərlərində də geniş şəkildə hayata keçirilib.
Xatırladaq ki, bir neçə gün öncə, Abadanda yeni tikilmiş ticari binanın çökməsi nəticəsində 19 nəfər ölüb və onlarla insan hələ də dağıntılar altındadır.
Aksiyalar mayın əvvəlində bahalaşmağa etiraz olaraq başlayıb, ancaq polis və təhlükəsizlik qüvvələri tərəfindən kobudcasına susdurulublar. Aksiyalarda güllə yarası ilə altı nəfərin ölümü təsdiqlənib.
Aksiyaların ikinci dalğası isə, Abadanda qeyri-standart və rüşvətlə dikilmiş ticari binanın çökməsi ilə başlanıb.
M.Arif