İranda güclü qar səbəbindən 8 nəfər həyatını itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar Departamentinin sözçüsü Müctəb Xalidi açıqlama verib. Onun sözlərinə görə, Təbriz, Rəşt, Gilan və Ərdəbil şəhərlərində əsas yollar qar səbəbindən bağlanıb.
"Gilan əyalətinin Rudbar şəhərində qar uçqunu səbəbindən 5 və Rəşt şəhərində qar təmizləmə çalışmaları zamanı 3 nəfər həyatını itirib", - deyə o, bildirib.
Camal