Xəbər lenti

İranda güclü zəlzələ
Dünya08:40 01.12.2017

İranda güclü zəlzələ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda 6,1 bal gücündə zəlzələ baş verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Kərman əyalətinə 50 km məsafədə baş verən zəlzələ Əfqanıstan və Pakistanda da hiss edilib. Gecə saatlarında 5 və 5,1 bal gücündə ardıcıl zəlzələlər də baş verib. 
800 mindən çox insanın yaşadığı Kərmanda ölən və yaralanan olmayıb. Bəzi köhnə evlərin dağıldığı və zərər gördüyü bildirilir. 
Qeyd edək ki, 13 noyabrda Hələbçədə meydana gələn 7,3 bal gücündə zəlzələdə 300-dən çox insan dünyasını dəyişmişdi.
Gülşən