Xəbər lenti

İranda hakimiyyət parçalanması davam edir
Dünya10:04 05.02.2013

İranda hakimiyyət parçalanması davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran prezidenti Mahmud Əhmədinejad Tehran şəhərinin keçmiş prokuroru Səid Murtezavinin həbsini qətiliklə pisləyib.

Qaynar.info-nun məlumatına görə, Əhmədinejad Misirə səfəri ərəfəsində hava limanında verdiyi açıqlamasında Murtezavinin həbsini çirkin iş kimi dəyərləndirib.

Səfərdən qayıtdıqdan sonra məsələni ciddi şəkildə araşdıracağını söyləyən prezident qanunları pozanların deyil, bunu ifşa edənlərin həbs olunduğunu deyib.

Qeyd edək ki, ötən gün Tehranın keçmiş prokuroru Səid Murtezavi yaşadığı evdə həbs olunaraq, Evin həbsxanasına aparılmışdı.


Qaynar.info