İranda rəsmi "Hicab və iffət” günü ilə eyni vaxtda "Hicaba yox” (Hicab bi hicab) həştəqi farsdilli sosial şəbəkələrdə trendə çevrilib və bəzi ictimai yerlərdə də eyni adlı meydan kampaniyasına start verilib.
Qaynarinfo bu barədə Azadlıq radiosunun fars bölməsinə istinadən xəbər
verir.
12 iyun İran İslam Respublikasının təqvimində "Hicab və iffət” günü adlanır və dövlət qurumları bir həftə ərzində bu məsələni təbliğ etməli olurlar.
İranın dövlət televiziyasında bununla bağlı mərasimin videosu yayımlanıb, lakin bu iş daha çox sosial şəbəkələrdə lağa qoyulub və istifadəçilər tərəfindən məsxərə ilə qarşılanıb.
Bir sıra qadın, vətəndaş və insan haqları fəalları kişi və qadınlardan məhz bu gün ölkədə məcburi hicaba qarşı olduqlarını nümayiş etdirmələrini xahiş ediblər.
Bu çağırışdan sonra sosial şəbəkələrdə bu gün çərşənbə axşamı səhər saatlarından çoxlu video və görüntülər yayılıb ki, bu da bəzi qadın və qızların küçələrdə, ictimai nəqliyyatda və mağazalarda hicabsız göründüyünü göstərir.
Bəzi videolarda kişilər ailə qadınları ilə birlikdə məcburi hicaba qarşı çıxır, hətta yaylıq və şalları küçəyə atırlar.
Bir çox qadın istifadəçilər də bu sahədə şəxsi təcrübələri haqqında yazıb və ya bu kampaniya ilə bağlı müşahidələrini sosial şəbəkələrdə bölüşüblər.
Aydın