İran Statistika Mərkəzinin məlumatına görə, bu ilin avqust ayında illik inflyasiya səviyyəsi 52,2%-ə çatıb.
Qaynarinfo bu barədə "Manoto" saytına istinadən xəbər verir.
Bu arada, "qida və içkilər" qrupu 81,2% inflyasiya ilə əhəmiyyətli bir qiymət artımı yaşayıb.
Ən yüksək inflyasiya 288%, ilə yağlar və piylər qrupuna aiddir.
Süd, pendir və yumurtada 111% qiymət artımı qeydə alınıb.
İranlı ev təsərrüfatları ötən ilin avqust ayı ilə müqayisədə ət və onun məhsullarını almaq üçün 56,7% çox pul ödəyib.
Həmçinin meyvə-tərəvəz və quru meyvələr 48,5% bahalaşıb.
İranda ən yüksək inflyasiya rekordu 57,4 faizlə Ruhaninin prezidentliyi dövrünün son illəri, yəni 2020-2021-ci illərdə qeydə alınıb.
Aydın