Xəbər lenti

İranda it gəzdirmək qadağan edildi: “İslama görə it...”
Dünya07:23 08.07.2022

İranda it gəzdirmək qadağan edildi: “İslama görə it...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın polis komandiri bütün növ itlərin parklara girməsi və ümümi yerlərdə gəzdirilməsinə qadağa qoyulduğunu açıqlayıb.
Qaynarinfo bu barədə "Iranintl" saytına istinadən xəbər verir.
Tehranın polis komandiri Hüseyn Rəhimi bildirib ki, yeni əmrə əsasən, bütün növ itlərin parklara girişi qadağandır və bu, aşkar cinayətdir. Onunla mübarizə aparılacaq, qanunu pozanlar isə cəzalanacaq.
O, parklara nəzarət etmək üçün motosiklet, avtomobil və piyada patrul polislərinin göndərildiyini elan edib və bu işin səbəbi ilə bağlı əlavə edib ki, itlər islam qanunlarına görə "nəcis" sayılır və hətta itlərin görünüşü bəziləri üçün qorxuludur.
Aydın