Xəbər lenti

İranda koronavirusdan ölənlərin sayı 145-ə çatdı
Dünya12:12 07.03.2020

İranda koronavirusdan ölənlərin sayı 145-ə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda koronavirusdan daha 21 nəfər ölüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama verib. Onun sözlərinə görə, ölkədə infeksiyadan ölənlərin sayı 145-ə çatıb. Nazirlik rəsmisi bildirib ki, daha 1076 nəfərdə koronavirus aşkarlanıb. Bununla da virus daşıyıcılarının sayı 5 823 nəfərə çatıb.
K.Cahanpur həmçinin 1669 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.