Xəbər lenti

İranda koronavirusla bağlı son vəziyyət açıqlandı
Dünya13:22 17.05.2020

İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda son gün ərzində daha 51 nəfər koronavirusdan ölüb.
Qaynarinfo xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 6 988-ə çatıb. Eyni zamanda daha 1 806 yeni yoluxma faktı aşkarlanıb. 
Beləliklə, İranda "Covid-19"-a yoluxanların sayı 120 198-ə yüksəlib. Onlardan 94 464 nəfəri isə müalicə olunaraq sağalıb.
Qeyd edək ki, yeni növ koronavirus Çinin Uhan şəhərində meydana gəlib. Xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilib.