Xəbər lenti

İranda koronavirusun "omikron" ştammı aşkarlandı
Dünya11:30 19.12.2021

İranda koronavirusun "omikron" ştammı aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda koronavirusun "omikron" ştammı aşkarlanıb.
Qaynarinfo-nun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Haşemi deyib.
M.Haşeminin sözlərinə görə, bununla əlaqədar bu gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyində nazir Bəhram Eynullahinin iştirakı ilə təcili iclas keçirilib və İranda "omikron”ştamının mövcud olduğu təsdiqlənib.
Haşemi əlavə edib ki, iclasda yeni səhiyyə qaydalarının tənzimlənməsi haqda müzakirələr aparılıb.
Qeyd edək ki, "omikron” ştammına bir Tehran sakininin İranın qonşu ölkələrdən birinə səfər etməsi ilə yoluxduğu bildirilir.