Xəbər lenti

İranda ölənlərin sayı 39-a çatdı
Dünya09:44 10.04.2013

İranda ölənlərin sayı 39-a çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Buşəhr vilayətinin Dəşhi mahalında baş vermiş zəlzələdə ölənlərin sayı 39 nəfərə çatıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu rəqəmi İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mahmud Müzəffər açıqlayıb.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 700 ev dağılıb, 850 nəfər də yaralanıb: “Artıq xilasetmə əməliyyatları başa çatdırılıb. Çünki hazırda dağıntılar altında heç kim qalmayıb. Zərərçəkənlərə lazımi yardımlar göstərilir və yaralıların müalicəsi davam etdirilir”.