İranda MOSSAD əməliyyatçıları olduğu iddia edilən şəxslər həbs edilib.
Qaynarinfo bu barədə Azad Avropa Radiosunun fars bölməsinə istinadən xəbər
verir.
Zahedan prokuroru çərşənbə axşamı (21 iyun) vilayətdə İsrail kəşfiyyat xidmətinin bir neçə "agentinin" həbs edildiyini elan edərək, onların "nüvə alimlərinə sui-qəsd" niyyətində olduqlarını bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın xəbər agentliklərinin verdiyi məlumata görə, sayı və şəxsiyyəti məlum olmayan bu şəxslərin bəzilərinin "nüvə alimlərini öldürülmək planı olub”.
Bir saat sonra Telegram-da İnqilab Keşikçiləri ilə əlaqəli Saberin news kanalı adlarının baş hərflərini verməklə üç nəfər haqqında daha ətraflı məlumat dərc edib.
"Bu şəxslərdən biri inzibati və icraçı məmurlara yaxınlaşaraq məxfi məlumatlara çıxış əldə etməyə çalışıb", - IRGC kanalı yazıb.
"Saxlanılanlardan biri qadındır və həbs olunmazdan əvvəl o, əvvəlki hökumətdə prezidentə tabe olan təşkilatda işləməklə yanaşı, yüksək əyalət rəsmisi olub”.
Qeyd edilir ki, MOSSAD agentlərinin həbsi xəbəri son həftələrdə İranın nüvə fəaliyyətləri ilə əlaqəsi olan və ya İnqilab Keşikçiləri Korpusunun aerokosmik departamentində işləyən bir neçə nəfərin şübhəli şəkildə öldürülməsi xəbərlərinin dərc edildiyi vaxta təsadüf edir.
Bununla əlaqədar İmam Hüseyn Sepah Universitetinin komandiri bazar ertəsi, iyunun 20-də Parçin hərbi sahəsində bir mühəndisin ölümü ilə bağlı bu hadisənin İsrail tərəfindən törədildiyini təsdiqləyib.
Beynəlxalq media, o cümlədən İsrail KİV-ləri bu ölümlərdə İsrailin əlinin olması ilə bağlı fərziyyələr səsləndirib. İsrail hökuməti bu iddiaları nə təsdiq, nə də təkzib edib.
Aydın